Yuxarı

​Krım Tatarlarının ATR telekanalı yayımını dayandırıb

Bu gündən Lalə telekanalı, Lider və Meydan radiostansiyaları da verilişlərini yayımlamır

Bakı. 1 aprel. REPORT.AZ/ Bu gündən Krımda Krım tatarlarının ATR telekanalının yayımları dayandırılıb.

"Report" "TASS"a istinadən xəbər verir ki, bu haqda ATR media-holdinqinin qurucusu Elzar İslamov bildirib.

Məlumata əsasən, ATR TV ilə yanaşı, holdinqə daxil olan "Lalə" telekanalı, "Lider" və "Meydan" radiostansiyaları da yayımlarını dayandırıb.

ATR-in bağlanmasına səbəb kimi Rusiya Rabitə sahəsində, İnformasiya texnologoyaları və Kütləvi Kommunikasiyaya Nəzarət Federal Xidmətinin lisenziya verməməsi göstərilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi