Bakı. 1 aprel. REPORT.AZ/ Bu gündən Krımda Krım tatarlarının ATR telekanalının yayımları dayandırılıb.
"Report" "TASS"a istinadən xəbər verir ki, bu haqda ATR media-holdinqinin qurucusu Elzar İslamov bildirib.
Məlumata əsasən, ATR TV ilə yanaşı, holdinqə daxil olan "Lalə" telekanalı, "Lider" və "Meydan" radiostansiyaları da yayımlarını dayandırıb.
ATR-in bağlanmasına səbəb kimi Rusiya Rabitə sahəsində, İnformasiya texnologoyaları və Kütləvi Kommunikasiyaya Nəzarət Federal Xidmətinin lisenziya verməməsi göstərilib.