Yuxarı

Kremlin mətbuat katibi: “Rusiyanın adını ABŞ-ın daxili problemlərində hallandırmağa ehtiyac yoxdur”

Kremlin mətbuat katibi: “Rusiyanın adını ABŞ-ın daxili problemlərində hallandırmağa ehtiyac yoxdur”
Dmitri Peskov: “Bizim buna zərrə qədər nə həvəsimiz, nə də niyyətimiz var”
© rusvesna.su

Bakı. 6 mart. REPORT.AZ/ “Rusiyanın adını ABŞ-ın daxili problemlərində hallandırmağa ehtiyac yoxdur”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ Prezidenti Donald Trampın telefon danışığının dinlənilməsi barədə verdiyi bəyanatla bağlı jurnalistlərə açıqlamasında bildirib.

“Bizim buna zərrə qədər nə həvəsimiz, nə də niyyətimiz var”, - D.Peskov vurğulayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp sələfi Barak Obamanı seçki kampaniyası zamanı onun telefon danışıqlarını dinləməkdə ittiham edib: "Prezident Obama seçki prosesi zamanı telefon danışıqlarımı dinləyəcək dərəcədə alçalıb. Bu, Niksonun Uotergeyt qalmaqalıdır. Mərc edə bilərəm ki, yaxşı vəkil prezident Obamanın düz seçki ərəfəsində, oktyabrda telefon danışıqlarımı dinləməsi faktından böyük iş çıxara bilər".

İnformasiyaya əsasən, Donald Tramp bu məsələdən Kremlin xəbəri olduğunu da vurğulayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi