Yuxarı
    Bağlamaq

    Kreml: Putinin qrafikində futbol matçı üçün Türkiyəyə səfər yoxdur

    Dmitri Peskov: Avqust ayının qrafiki demək olar hazırdır

    Bakı. 29 iyul. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putinin avqust ayı üçün nəzərədə tutulan qrafikində Türkiyəyə səfər yer almadığından o, futbol üzrə Türkiyə və Rusiya milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununda olmayacaq.

    "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

    "Avqust ayının qrafiki demək olar hazırdır. Qrafikdə belə səfər nəzərdə tutulmayıb. Ona görə də bunun baş verəcəyini düşünmürəm. Amma digər tərəfdən, heç nəyi istisna etmək olmaz", - deyə D.Peskov bildirib.

    Qeyd edək ki, Türkiyə KİV-inin məlumatına görə, futbol üzrə Rusiya və Türkiyə milli komandaları avqustun 31-də Antalya şəhərində yoldaşlıq oyunu keçirəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi