Koçaryan Xüsusi İstintaq Xidmətində ifadə verir

Koçaryan Xüsusi İstintaq Xidmətində ifadə verir Bakı. 26 iyul. REPORT.AZ/ Ermənistanın ikinci prezidenti Robert Koçaryan ifadə vermək üçün Xüsusi İstintaq Xidmətinə gedib.
Region
26 İyul , 2018 17:15
Koçaryan Xüsusi İstintaq Xidmətində ifadə verir
0 : 00
0 : 00

Bakı. 26 iyul. REPORT.AZ/ Ermənistanın ikinci prezidenti Robert Koçaryan ifadə vermək üçün Xüsusi İstintaq Xidmətinə gedib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu xidmətin mətbuat katibi Marina Ohancanyan deyib.

Bildirilib ki, Koçaryan istintaqın video-lentə alınmasını istəyib. Mətbuat katibinin sözlərinə görə, R.Koçaryanın ifadəsi cinayət işinə əlavə ediləcək: “Ancaq, bu, videoyazının yayılacağı demək deyil”.

Qeyd edək ki, Robert Koçaryan 2008-ci il martın 1-də baş vermiş hadisələrlə bağlı dindirilir. Həmin tarixdə seçkinin nətcələrinin Serj Sarqsyanın xeyrinə saxtalaşdırlmasına qarşı etiraz aksiyası keçirilib. Aksiya güc tətbiqi ilə yatırılıb. Nəticədə 10-dan çox dinc askya iştirakçısı öldürülüb. 

Son xəbərlər

Orphus sistemi