Yuxarı

​KİV: Türkiyənin cənub-şərqində baş verən atışma nəticəsində bir polis ölüb, iki nəfər yaralanıb

Polis hücumun kürd yaraqlıları tərəfindən həyata keçirildiyini güman edir

Bakı. 21 iyul. REPORT.AZ/ Türkiyənin cənub-şərqində baş verən atışma nəticəsində ən azı bir polis ölüb, iki nəfər isə yaralanıb. Bu barədə "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir.

Yaralılar xəstəxanaya çatdırılıb.

Polis hücumun kürd üsyançıları tərəfindən həyata keçirildiyini güman edir.

Hadisə Adıyaman vilayətindəki Komur kəndində təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat zamanı baş verib.

Onların fikrincə, yaraqlılar ölkədə qanunla qadağa olunan "PKK" terror təşkilatı ilə bağlı ola bilərlər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi