​KİV: Türkiyənin cənub-şərqində baş verən atışma nəticəsində bir polis ölüb, iki nəfər yaralanıb

​KİV: Türkiyənin cənub-şərqində baş verən atışma nəticəsində bir polis ölüb, iki nəfər yaralanıb Polis hücumun kürd yaraqlıları tərəfindən həyata keçirildiyini güman edir
Region
21 İyul , 2015 13:16
​KİV: Türkiyənin cənub-şərqində baş verən atışma nəticəsində bir polis ölüb, iki nəfər yaralanıb

Bakı. 21 iyul. REPORT.AZ/ Türkiyənin cənub-şərqində baş verən atışma nəticəsində ən azı bir polis ölüb, iki nəfər isə yaralanıb. Bu barədə "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir.

Yaralılar xəstəxanaya çatdırılıb.

Polis hücumun kürd üsyançıları tərəfindən həyata keçirildiyini güman edir.

Hadisə Adıyaman vilayətindəki Komur kəndində təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat zamanı baş verib.

Onların fikrincə, yaraqlılar ölkədə qanunla qadağa olunan "PKK" terror təşkilatı ilə bağlı ola bilərlər. 

Son xəbərlər

Orphus sistemi