KİV: Sankt-Peterburqda metro stansiyasında partlayıcı qurğu tapılıb

KİV: Sankt-Peterburqda metro stansiyasında partlayıcı qurğu tapılıb Qurğu işə düşməyib, hazırda zərərsizləşdirilir
Region
3 Aprel , 2017 17:28
KİV: Sankt-Peterburqda metro stansiyasında partlayıcı qurğu tapılıb

Bakı. 3 aprel. REPORT.AZ/ Sankt-Peterburqda metronun "Dirçəliş meydanı" stansiyasında daha bir partlayıcı qurğu tapılıb.

"Report" Sankt-Peterburqda dərc edilən "Fontanka" nəşrinə istinadən xəbər verir ki, qurğu işə düşməyib, hazırda zərərsizləşdirilir.

Xatırladaq ki, daha əvvəl "Sennaya meydanı" və "Texnologiya İnstitutu" stansiyalarında partlayışların baş verdiyi məlum olub. Milli Antiterror Komitəsi isə rəsmən bir partlayış olduğunu açıqlayıb.

İlkin məlumatlara görə, 10 nəfər həlak olub, təqribən 50 nəfər xəsarət alıb. Metropolitenin bütün stansiyaları bağlanılıb.

Son xəbərlər

Orphus sistemi