Yuxarı

​KİV: Rusiya Türkiyəyə ixrac etdiyi taxılın qiymətində endirim edib

Türkiyənin taxıla olan tələbatının təxminən 80 faizi bu ölkənin payına düşür

Bakı. 25 dekabr. REPORT.AZ/ Rusiya Türkiyəyə ixrac etdiyi buğdanın qiymətində endirim edib.

"Report" xəbər verir ki, bu haqda "Yerusalem Post" məlumat yayıb.

Məlumata görə, dünyanın ən böyük taxıl ixracatçılarından biri olan Rusiya üçün ən böyük bazar Türkiyə sayılır.

Xəbərdə bildirilib ki, dekabrda iki ölkə arasında taxıl ticarəti əvvəlki qaydasına düşüb.

Məlumata görə, Qara dənizlə tədarük edilən buğdanın tonu 215 dollardan 200 dollara düşüb. Türkiyə Rusiyadan ildə 4,7 milyon ton taxıl idxal edir, başqa sözlə, tələbatının təxminən 80 faizi bu ölkənin payına düşür.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi