KİV: Ermənistanın yüksək vəzifəli məmurları korrupsiyada şübhəli bilinirlər

KİV: Ermənistanın yüksək vəzifəli məmurları korrupsiyada şübhəli bilinirlər Bakı. 27 iyun. REPORT.AZ/ Ermənistanda yüksək vəzifəli məmurlar illərdir əmək haqqından başqa, çoxmilyonluq mükafatlar qazanıblar.
Region
27 İyun , 2018 14:30
KİV: Ermənistanın yüksək vəzifəli məmurları korrupsiyada şübhəli bilinirlər
0 : 00
0 : 00

Bakı. 27 iyun. REPORT.AZ/ Ermənistanda yüksək vəzifəli məmurlar illərdir əmək haqqından başqa, çoxmilyonluq "mükafatlar" qazanıblar.

"Report" xəbər verir ki, bu barədə Ermənistanın "Qraparak" qəzeti məlumat yayıb.

Nəşr bildirib ki, hüquq-mühafizə orqanları hazırda keçmiş məmurların hesablarına edilən pul köçürmələrini araşdırır.

Materialda bəzi məmurların hər ay 15 min dollara qədər bonus aldıqları qeyd edilib.

Ümumilikdə, söhbət dövlət qulluqçularının bank hesablarında yerləşdirilən bir neçə milyon dollarlıq bonus ödənişlərindən gedir.

Son xəbərlər

Orphus sistemi