Yuxarı

KİV: Avropa Komissiyası Türkiyəyə viza ləğvini təsdiq edəcək

Bu, Ankaranın bir sıra şərtləri yerinə yetirəcəyi təqdirdə reallaşacaq

Bakı. 3 may. REPORT.AZ/ Avropa Komissiyası rəsmi Ankaranın bir sıra şərtləri yerinə yetirəcəyi təqdirdə Türkiyəyə viza ləğvini təsdiq etmək niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən BBC məlumat verib.

Xatırladaq ki, Avropa Komissiyasının aprelin sonlarında yayılmış bəyanatında Türkiyənin göstərilən müddətə qədər bütün şərtləri yerinə yetirəcəyi təqdirdə bu ölkəyə vizasız rejimin təklif oluna biləcəyi qeyd edilmişdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi