Kemerovoda mitinq keçirilib, qubernatorun istefası tələb edilib

Kemerovoda mitinq keçirilib, qubernatorun istefası tələb edilib Bakı. 27 mart. REPORT.AZ/ Rusiyanın Kemerovo şəhərində qubernator Aman Tuleyevin istefası tələbi ilə mitinq keçirilib.
Region
27 Mart , 2018 10:28
Kemerovoda mitinq keçirilib, qubernatorun istefası tələb edilib

Bakı. 27 mart. REPORT.AZ/ Rusiyanın Kemerovo şəhərində qubernator Aman Tuleyevin istefası tələbi ilə mitinq keçirilib.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, aksiya iştirakçıları “Qış albalısı” (“Zimnayaya vişnya”) Ticarət-Əyləncə Mərkəzində baş verən yanğının səbəblərinin və hadisə ilə bağlı həqiqətlərin açıqlanmasını tələb ediblər. 

Həqiqətləri bilmək haqlarının olduğunu söyləyən iştirakçılar Kemerovo vilayətinin qubernatoru A.Tuleyevin istefasını istəyiblər.

Qeyd edək ki, martın 26-da Rusiyanın Kemerovo şəhərində yerləşən "Qış albalısı" Ticarət-Əyləncə Mərkəzində baş vermiş güclü yanğın nəticəsində 64 nəfər ölüb, 44 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi