Yuxarı
    Bağlamaq

    ​Keçmiş maliyyə naziri Rusiya hakimiyyətini ölkədə dəyişiklik etməyə çağırıb

    Aleksey Kudrin: İnkişaf və islahatlar naminə siyasi reytinqi itirməkdən qorxmağa dəyməz

    Bakı. 16 iyun. REPORT.AZ/ "Zamana və dəyişən dünyaya uyğun olaraq, dəyişiklik etməyin vaxtı çatıb".

    "Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu Rusiyanın keçmiş maliyyə naziri, Strateji Hazırlıq Mərkəzi Şurası Fondunun başçısı Aleksey Kudrin deyib.

    Keçmiş nazir ölkə cəmiyyətinin və siyasi reytinqlərin risk altına düşəcəyi halda belə hakimiyyəti islahat keçirməyə çağırıb: "Nəsə etdikdən sonra arxayınlaşmaq olmaz. Biz həmişə dəyişməli və yenilənməliyik. İndi bizim cəmiyyətdə dəyişikliklərdən müəyyən qorxu var. Bir çox arzu edilməyən hallardan yayınmaq üçün indiki kimi bir müddət mövcud olmaq mümkündür. İnkişaf və islahatlar naminə siyasi reytinqi itirməkdən qorxmağa dəyməz".

    Qeyd edək ki, A.Kudrin bir müddət əvvəl Rusiyanın dövlət idarəetmə sistemini tənqid etmişdi. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi