​İran rəsmisi: "Bizim Türkiyə ilə strateji əlaqələrimiz var"

​İran rəsmisi: "Bizim Türkiyə ilə strateji əlaqələrimiz var" "Hətta, Suriya problemini də danışıq yolu ilə həll edə bilərik"
Region
19 Dekabr , 2015 14:48
​İran rəsmisi: Bizim Türkiyə ilə strateji əlaqələrimiz var

Bakı. 19 dekabr. REPORT.AZ/ "İranla Türkiyə arasındakı əlaqələr strateji xarakterlidir". "Report" İran KİV-inə istinadən xəbər verir ki, bunu İslam Respublikası xarici işlər nazirinin müavini Hüseyn Əmir Abdullahian bildirib.

O, son zamanlar iki ölkə arasında baş verən bəzi hadisələrə münasibət bildirərkən deyib: "İran və Türkiyə arasındakı əlaqələr strateji xarakterlidir. Suriyanın gələcəyi məsələsində fikir ayrılığımız da var. Biz düşünürük ki, türk dostlarımızla bütün məsələləri, hətta Suriya problemini də danışıq yolu ilə həll edə bilərik".

Son xəbərlər

Orphus sistemi