Nazir: "İzmirdə törədilən terrorla bağlı 18 nəfər saxlanılıb"

Nazir: "İzmirdə törədilən terrorla bağlı 18 nəfər saxlanılıb" Bəkir Bozdağ: "Bu terror hücumu 79 milyon nəfərə və 81 əyalətimizə qarşı edilib"
Region
6 Yanvar , 2017 13:39
Nazir: İzmirdə törədilən terrorla bağlı 18 nəfər saxlanılıb

Bakı. 6 yanvar. REPORT.AZ/ İzmirdə törədilən terrorla əlaqədar indiyə kimi 18 nəfər saxlanılıb.

“Report” "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ ötən gün İzmirdə törədilən terror nəticəsində şəhid olan polis əməkdaşı Fethi Sekin və ədliyyə məmuru Musa Canın yas mərasimində bildirib.

“Terrora qarşı mübarizəmizi davam etdirəcəyik. İndiydək 18 nəfər saxlanılıb. Onlar terrorçu PKK-nın üzvləridirlər. Terror da PKK-nın təlimatı ilə törədilib. Bu terror hücumu 79 milyon nəfərə və 81 əyalətimizə qarşı edilib”, - nazir vurğulayıb.

Xatırladaq ki, yanvarın 6-da Türkiyənin İzmir şəhərində Ədliyyə Nazirliyinin yerli idarəsinin binası yaxınlığında törədilmiş partlayış nəticəsində 2 nəfər şəhid olub, 10 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi