Yuxarı
    Bağlamaq

    İstanbulun keçmiş valisi saxlanılıb

    Hüseyn Avni Mutlu Türkiyədə uğursuz dövlət çevrilişi cəhdi ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində İstanbulda nəzarət altına alınıb

    Bakı. 26 iyul. REPORT.AZ/ İstanbul şəhərinin keçmiş valisi Hüseyn Avni Mutlu saxlanılıb.

    "Report"un "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, sabiq vali Türkiyədə Fətullahçı terror təşkilatının (FETÖ) uğursuz dövlət çevrilişi cəhdi ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində İstanbulda nəzarət altına alınıb.

    Məlumata görə, polislər H.A.Mutlunun evində axtarışlar aparır. 

    Qeyd edək ki, H.A.Mutlu 2010-2014-cü illəri arasında İstanbul şəhərinin valisi vəzifəsində çalışıb və 15 iyul dövlət çevrilişi cəhdindən sonra Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən vəzifəsindən uzaqlaşdırılan 246 mülki işçidən biri idi. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi