Yuxarı

İstanbulun Boğaziçi körpüsünə "15 İyul şəhidlər körpüsü" adı verilib

Bu barədə Nazirlər Kabinetinin iclasında qərar verilib

Bakı. 26 iyul. REPORT.AZ/ Türkiyənin İstanbul şəhərinin Boğaziçi körpüsünün adı "15 İyul şəhidlər körpüsü" olaraq dəyişdirilib.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin iclasından sonra Türkiyənin baş naziri Binəli Yıldırım məlumat verib.

"Bu gün Nazirlər Kabinetinin iclasında İstanbul və Ankarada şəhidlərə bir abidənin ucaldılması müzakirə mövzusu olub. Həmçinin dövlət çevrilişinə cəhd edənlərin ilk hədəfi olan və vətəndaşlarımızın şəhid edildiyi Boğaziçi körpüsünün adının "15 İyul şəhidlər körpüsü" olaraq dəyişdirilməsinə də qərar verilib", - deyə o bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi