İstanbuldakı terrordan qısa müddət əvvəl ABŞ rəsmiləri terrorçu PKK rəhbərləri ilə görüşüb

İstanbuldakı terrordan qısa müddət əvvəl ABŞ rəsmiləri terrorçu PKK rəhbərləri ilə görüşüb Görüşün təfərrüatı ilə bağlı xəbər yayılmayıb
Region
13 Dekabr , 2016 12:10
İstanbuldakı terrordan qısa müddət əvvəl ABŞ rəsmiləri terrorçu PKK rəhbərləri ilə görüşüb

Bakı. 13 dekabr. REPORT.AZ/ İstanbulda törədilən terrordan qısa müddət əvvəl ABŞ-ın vəzifəli şəxsləri Suriyada və İraqda terrorçu PKK-nın təmsilçiləri ilə görüşüb.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, amerikalı rəsmilər Suriyada “YPG” və “PYD”-nin (terrorçu PKK qruplaşmasının Suriyadakı qolları- “Report”) başçıları, Vaşinqtonun İraqın Ərbil şəhərindəki baş konsulu Ken Qross isə bu ölkənin şimalındakı Şengal dağında terrorçu PKK təmislçiləri ilə görüşüb.

Görüşün təfərrüatı ilə bağlı xəbər yayılmayıb.

Qeyd edək ki, dekabrın 10-da İstanbulun Beşiktaş rayonunda törədilən terror aktı nəticəsində 44 nəfər şəhid olub,155 nəfər yaralanıb. Terror aktının məsuliyyətini PKK üzərinə götürüb. 

Son xəbərlər

Orphus sistemi