Bakı. 13 dekabr. REPORT.AZ/ İstanbulda törədilən terrordan qısa müddət əvvəl ABŞ-ın vəzifəli şəxsləri Suriyada və İraqda terrorçu PKK-nın təmsilçiləri ilə görüşüb.
“Report” "Haber7"yə istinadən xəbər verir ki, amerikalı rəsmilər Suriyada “YPG” və “PYD”-nin (terrorçu PKK qruplaşmasının Suriyadakı qolları- “Report”) başçıları, Vaşinqtonun İraqın Ərbil şəhərindəki baş konsulu Ken Qross isə bu ölkənin şimalındakı Şengal dağında terrorçu PKK təmislçiləri ilə görüşüb.
Görüşün təfərrüatı ilə bağlı xəbər yayılmayıb.
Qeyd edək ki, dekabrın 10-da İstanbulun Beşiktaş rayonunda törədilən terror aktı nəticəsində 44 nəfər şəhid olub,155 nəfər yaralanıb. Terror aktının məsuliyyətini PKK üzərinə götürüb.