İstanbulda binada yanğın olub, ölən və yaralananlar var - YENİLƏNİB

İstanbulda binada yanğın olub, ölən və yaralananlar var - YENİLƏNİB İstanbulda üçmərtəbəli binada baş verən yanğın nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb.
Region
27 May , 2019 10:52
İstanbulda binada yanğın olub, ölən və yaralananlar var - YENİLƏNİB

İstanbulda üçmərtəbəli binada baş verən yanğın nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb. 

“Report” xəbər verir ki, məlumatı “TRTHaber” yayıb.

Hadisə şəhərin Kadıköy rayonunun Fikirtepe hissəsində qeydə alınıb.  


*** 09:19

Türkiyənin İstanbul şəhərinin Kadıköy rayonunun Fikirtepe hissəsində üçmərtəbəli binada baş verən yanğın nəticəsində ölən və yaralanlar var.

“Report” xəbər verir ki, məlumatı “Hurriyet” yayıb.

Bildirilib ki, yanğın ətrafdakı 3 müxtəlif təyinatlı binaya da keçib.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və təcili tibbi yardım heyəti cəlb edilib . Binaların 4 və 5-ci mərtəblərində qalan sakinlər təxliyyə olunub.

Yanğın baş verən boş bina kağız toplayanlar tərəfindən anbar kimi istiafədə olunurmuş. Ona görə orada qalan insanlardan bir neçəsinin yanğın nəticəsində öldüyü ehtimal edilir. 

Son xəbərlər

Orphus sistemi