Yuxarı

İstanbulda törədilən terrorla bağlı 7 suriyalı tutulub

Onlardan 4 nəfəri terror aktını törədən şəxslə birlikdə İstanbula gələn şəxslərdir

Bakı. 14 yanvar. REPORT.AZ/ İstanbulun Sultanahmet meydanında terror aktı törətməkdə şübhəli bilinən daha 7 nəfər saxlanılıb. 

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, saxlanılanların hamısı Suriya vətəndaşlarıdır.  

Onlardan 4 nəfəri terror aktını törədən şəxslə birlikdə İstanbula gələn şəxslərdir. 

Məlumata görə, terroru törədənin və yoldaşlarının hərəkət etdikləri istiqamətlər müəyyənləşib.

Xəbərdə bildirilib ki, həmin dörd nəfər terroru törədən Suriya vətəndaşı Nabil Fadlı ilə birlikdə yanvarın 5-də Türkiyənin Zeytunburnu Mühacirət İdarəsinə gedərək, barmaq izi veriblər.

Hazırda saxlanılan 7 nəfər polisdə ifadə verir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi