İstanbulda terrorçu İŞİD qruplaşmasının 31 üzvü tutulub

İstanbulda terrorçu İŞİD qruplaşmasının 31 üzvü tutulub Onlara qarşı “silahlı terror qruplaşmasına üzv olmaq” maddəsi ilə ittiham irəli sürülüb
Region
23 Dekabr , 2016 12:21
İstanbulda terrorçu İŞİD qruplaşmasının 31 üzvü tutulub

Bakı. 23 dekabr. REPORT.AZ/ İstanbulda keçirilən aniti-terror əməliyyatı zamanı terrorçu İŞİD qruplaşması ilə əlaqədə olmaqda şübhəli bilinərək saxlanılan 41 nəfərdən 31-i haqda həbs qətimkan tədbiri seçilib.

“Report” Habertürk-ə istinadən xəbər verir ki, əməliyyatı İstanbul prokurorluğu, terrora və mütəşəkkil cinayətlərə qarşı mübarizə bürosunun əməkdaşları keçirib.

Onlara qarşı “silahlı terror qruplaşmasına üzv olmaq” maddəsi ilə ittiham irəli sürülüb.

Şübhəlilərin 10-u isə yaşadıqları ünvanlarda olmadıqlarından həbs edilməyiblər. 

Son xəbərlər

Orphus sistemi