Bakı. 12 dekabr. REPORT.AZ/ İstanbulun Beşiktaş rayonunda terror törədilən yerə “Şəhidlər təpəsi” adı verilib.
“Report” "Haber7"yə istinadən xəbər verir ki, bu haqda qərar Beşiktaş Bələdiyyəsi Məclisinin fövqəladə toplantısında qəbul edilib.
Qeyd edək ki, dekabrın 10-da İstanbulun Beşiktaş rayonunda törədilən terror aktı nəticəsində 44 nəfər həlak olub, 155 nəfər yaralanıb.
Şəhid olanlardan 31-i polis əməkdaşıdır. Yaralıların 14-nün vəziyyəti ağırdır.
Terror aktının məsuliyyətini terrorçu PKK qruplaşması üzərinə götürüb.