Yuxarı

İstanbulda “İDEF-2015” beynəlxalq müdafiə sənayesi sərgisi açılıb

Sərginin açılışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib

Bakı. 5 May. REPORT.AZ/ İstanbulda “İDEF-2015” beynəlxalq müdafiə sənayesi sərgisi açılıb.

"Report" xəbər verir ki, sərginin açılışında iştirak edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Ankaranın silah idxalından asılılığı 2023-cü ilədək minimal həddə çatmalıdır.

"Bu gün silah ehtiyacımızın 54 faizini yerli istehsal hesabına qarşılayırıq. Ancaq 2023-cü ilə qədər bu göstərici 100 faizə çatmalıdır", - deyən R.T.Ərdoğan, qeyd edib ki, hazırda dünyanın ən böyük 100 silah istehalçısı arasında iki Türkiyə şirkəti var.

Onun sözlərinə görə, son bir il ərzində Türkiyənin hərbi sənayesində istehsal həcmi 5 milyard dollar həddini keçib.

R.T. Ərdoğan, 70 ölkə təmsilcisinin iştirak etdiyi “İDEF-2015” sərgisinə uğurlar arzu edib. Qeyd edək ki, bu sərgiyə Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov da qatılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi