Türkiyə Səhiyyə Nazirliyi: "İstanbulda gecə klubuna hücum zamanı yaralanan iki azərbaycanlının səhhəti normaldır" - ƏLAVƏ OLUNUB

Türkiyə Səhiyyə Nazirliyi: "İstanbulda gecə klubuna hücum zamanı yaralanan iki azərbaycanlının səhhəti normaldır" - ƏLAVƏ OLUNUB “Günel Həsənova yüngül xəsarət alıb, Rəşad Vəliyev isə güllə yarası alıb, hazırda vəziyyəti yaxşıdır”
Region
3 Yanvar , 2017 13:51
Türkiyə Səhiyyə Nazirliyi: İstanbulda gecə klubuna hücum zamanı yaralanan iki azərbaycanlının səhhəti normaldır - ƏLAVƏ OLUNUB

İlk xəbər saat 12:50-də verilib

İstanbul. 3 yanvar. REPORT.AZ/ Yeni il gecəsi İstanbulun Ortaköy rayonunda yerləşən “Reina” gecə klubuna hücum zamanı Azərbaycanın iki vətəndaşı yaralanıb.

Bu barədə "Report"un Türkiyə bürosuna Türkiyə Səhiyyə Nazirliyindən bildirlib.

Məlumata görə, hadisə zamanı xəsarət alan iki azərbaycanlı - Günel Həsənova və Rəşad Vəliyevin səhhəti normaldır: “Günel Həsənova yüngül xəsarət alıb, Rəşad Vəliyev isə güllə yarası alıb, hazırda vəziyyəti yaxşıdır”.

Azərbaycanın İstanbuldakı Baş Konsulluğundan isə "Report"un Türkiyə bürosuna bildirilib ki, terrorda sadəcə iki Azərbaycan vətəndaşı yaralanıb: “Mütəmadi olaraq Türkiyə rəsmiləri və aidiyyəti qurumlarla əlaqə saxlayırıq. Terror zamanı həlak olan Nuranə Həsənova isə Azərbaycan vətəndaşı olmayıb. Belə bir şey olsaydı, ilk bizim xəbərimiz olardı. Cənazələr rəsmi icazə verildikdən sonra ölkələrinə göndəriləcək". 

Rusiyanın Türkiyədəki səfirliyindən "Report"a verilən məlumata görə, Nuranə Ağakişi qızı Həsənova Rusiya vətəndaşıdır: "Onun cənazəsi ailəsinin olduğu yerə göndəriləcək. Cənazənin Rusiyaya, yoxsa Azərbaycana göndəriləcəyi hələlik dəqiqləşməyib. Rəsmi sənədləşdirmə işləri davam edir".

Son xəbərlər

Orphus sistemi