İstanbulda avtosolona əldəqayırma partlayıcı atılıb, 1 nəfər ölüb, 3 nəfər yaralanıb

İstanbulda avtosolona əldəqayırma partlayıcı atılıb, 1 nəfər ölüb, 3 nəfər yaralanıb Polis hadisənin borc görə mübahisə zəminində baş verdiyi ehtimalı üzərində dayanır
Region
30 Aprel , 2016 16:53
İstanbulda avtosolona əldəqayırma partlayıcı atılıb, 1 nəfər ölüb, 3 nəfər yaralanıb

Bakı. 30 aprel. REPORT.AZ/ İstanbulda partlayış törədilib.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, şəhərin Şenlikköy Florya küçəsində olan avtomobil solonuna əldəqayırma partlayıcı atılıb. Hadisədən sonra baş verən silahlı qarşıdurmada 1 nəfər ölüb, 3 nəfər də yaralanıb.

Hadisə yerinə polis qüvvələri və təcili tibbi yardım maşınları cəlb olunub. Yaralılar xəstəxanaya aparılıb.

Polis hadisənin borc görə mübahisə zəminində baş verdiyi ehtimalı üzərində dayanır.

Son xəbərlər

Orphus sistemi