Yuxarı

İstanbul üçüncü “Asma körpü”nün açılışına hazırlaşır - FOTO

Açılış mərasiminə ölkə başçısı prezident Rəcəb Tayyib Ərdoğan, baş nazir Binəli Yıldırım, nazirlər və digər rəsmilər qatılacaqlar

İstanbul. 24 avqust. REPORT.AZ/ Türkiyənin İstanbul şəhəri Avropa və Asiya qitəsini üçüncü dəfə bir-birinə birləşdirən “Asma körpü”nün açılışına hazırlaşır.

“Report”un Türkiyə bürosu xəbər verir ki, şəhərin yollarında, keçidlərdə, metrolarda körpünün açılışını əks etdirən lövhələr asılıb.

Dünyanın ən uzun rels sisteminə malik körpüsünün açılışı avqustun 26-da olacaq.

Körpünün bünövrəsi 2013-cü ilin may ayında atılıb.

IX Osmanlı padşahının adını daşıyan Yavuz Sultan Səlim körpüsü 59 metr eni və 1408 metrlik uzunluğu ilə dünyanın ən geniş və uzun rels sisteminə malik “Asma körpü”sü adını qazanacaq. Körpünün üzərində avtomobillərin hərəkəti üçün 4 gediş və 4 dönüş olmaqla 8 hərəkət zolağı və iki dəmiryol xətti salınıb. Köprüdən keçən hər avtomobil 3, böyük yük maşınları isə 15 dollar ödəyəcək.

Asma körpünün konsept dizaynını və memarlıq işini isə məşhur fransız memarları icra edib. Körpüdə tamamlanma işləri yekunlaşıb, test yürüşləri həyata keçirilir.

Açılış mərasiminə ölkə başçısı prezident Rəcəb Tayyib Ərdoğan, baş nazir Binəli Yıldırım, nazirlər və digər rəsmilər qatılacaqlar.

Ekspertlər “Asma körpü”nün İstanbul tıxacını azaldacağı düşünürlər.

Qeyd edək ki, indiyədək İstanbulda iki “Asma körpü” fəaliyyət göstərirdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi