​İsrailin müdafiə naziri: "Mən İranla deyil, İŞİD-lə işləməyə üstünlük verərəm"

​İsrailin müdafiə naziri: "Mən İranla deyil, İŞİD-lə işləməyə üstünlük verərəm" "İran bölgədəki əlaltılarına yardım etmək üçün yaxın gələcəkdə milyardlarla dollarlıq silah-sursat alacaq"
Region
20 Yanvar , 2016 11:20
​İsrailin müdafiə naziri: Mən İranla deyil, İŞİD-lə işləməyə üstünlük verərəm

Bakı. 20 yanvar. REPORT.AZ/ "İran və İŞİD - işləmək üçün bunlardan ikisindən birini seçmək təklif edilsə, mən İŞİD-i seçərəm".

"Report" "Yedioth Ahtonoth" qəzetinə istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri Moşe Yaalon bildirib.

Məlumata görə, o, əvvəllər olduğu kimi "İsrailin əsas düşməninin yenə İran olduğunu" söyləyib.

"İran bölgədəki əlaltılarını dəstəkləmək və onlara yardım etmək üçün yaxın gələcəkdə milyardlarla dollarlıq silah-sursat alacaq", - nazir bildirib.

Son xəbərlər

Orphus sistemi