​İsrailin baş naziri Rusiyaya səfər edəcək

​İsrailin baş naziri Rusiyaya səfər edəcək Yəhudi dövlətinin hökumət başçısı Moskvada prezident Vladimir Putinlə görüşəcək
Region
16 Sentyabr , 2015 16:06
​İsrailin baş naziri Rusiyaya səfər edəcək

Bakı. 16 sentyabr. REPORT.AZ/ İsrailin baş naziri Binyamin Netanyahu gələn həftə Rusiyaya səfər edəcək.

"Report" İsrail KİV-inə istinadən xəbər verir ki, yəhudi dövlətinin hökumət başçısı Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

B.Netanyahunun V.Putinlə görüşdə Suriyada Rusiya hərbi mütəxəssislərinin fəaliyyətini, habelə bu ölkədəki vəziyyəti müzakirə edəcəyi gözlənilir. Bundan başqa, Moskvanın Tehrana silah tədarükü ilə bağlı danışıqların olacağı istisna edilmir.

Kreml və İsrail baş nazirinin dəftərxanası səfərlə bağlı əlavə məlumat verməyib. 

Son xəbərlər

Orphus sistemi