İsrail prezidenti Gürcüstana rəsmi səfər edəcək

İsrail prezidenti Gürcüstana rəsmi səfər edəcək Yəhudi dövlət başçısının Gürcüstan prezidenti Georgi Marqvelaşvili ilə təkbətək görüşü olacaq
Region
6 Yanvar , 2017 10:14
İsrail prezidenti Gürcüstana rəsmi səfər edəcək

Bakı. 6 yanvar. REPORT.AZ/ İsrail prezidenti Reuven Rivlin yanvarın 9-10-da Gürcüstanda rəsmi səfərdə olacaq. 

“Report” “Apsny”yə istinadən xəbər verir ki, bu haqda Gürcüstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

İnformasiyaya əsasən, səfər zamanı dövlət başçısını xanımı Nehama Rivlin müşayiət edəcək. 

Məlumata görə, yanvarın 9-da yəhudi dövlət başçısı Gürcüstan prezidenti Georgi Marqvelaşvili ilə əvvəlcə təkbətək, sonra isə geniş formatda görüş keçirəcək. Prezidentlər görüşün yekununa dair KİV-ə birgə bəyanat verəcəklər.

Elə həmin gün R.Revlin Gürcüstanın baş naziri Georgi Kvirkvaşvili ilə görüşəcək. Daha sonra o, Gürcüstan parlamentinin sədri İrakli Kobaxidza ilə bir araya gələcək. 

Xəbərdə bildirilib ki, yanvarın 10-da səfərin sonuncu günü isə İsrail prezidenti Gürcüstanın ərazi bütövlüyü uğrunda mübarizədə həlak olanların xatirəsinə ucaldılan abidənin önünə əklil qoyacaq. 

Son xəbərlər

Orphus sistemi