Türkiyənin müdafiə sənayesi naziri ABŞ-ın qərarına münasibət bildirib

Türkiyənin müdafiə sənayesi naziri ABŞ-ın qərarına münasibət bildirib Türkiyənin “F-35” proqramından rəsmi olaraq çıxarılmasını gözləyirik.
Region
18 İyul , 2019 16:19
Türkiyənin müdafiə sənayesi naziri ABŞ-ın qərarına münasibət bildirib

"Türkiyənin “F-35” proqramından rəsmi olaraq çıxarılmasını gözləyirik".

“Report” “Haber7”yə istinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə sənayesi naziri İsmail Demir ABŞ-ın “F-35” qırıcıları ilə bağlı qərarını şərh edərkən bildirib.

“F-35” hadisəsində bu günə qədər hər cür ödəmələri, öhdəliyimizi qüsursuz olaraq yerinə yetirdik. Qərarda dayandırma ifadəsi işlədilir, çıxarılma deyil. Çıxarılmağın isə özünəməxsus hökmləri ola bilər. Bu isə ortada yoxdur. Türkiyənin “F-35” proqramından rəsmi olaraq çıxarılmasını gözləyirik. O vaxtadək Türkiyə öhdəliklərini yerinə yetirəcək. Proqramdan çıxarılacağı halda, Türkiyənin hər təyyarə üçün 7-8 milyon dollardan artıq maliyyə xərci olacaq. Məcbur olmayanadək Türkiyə xaricdən avadanlıq almayacaq. Türkiyə şirkətlərinin müvəqqəti itkiləri ola bilər, ancaq sənayemiz bundan güclənərək çıxacaq”, - İsmail Demir vurğulayıb.

Xatırladaq ki, iyulun 16-da ABŞ Türkiyənin “F-35” proqramında fəaliyyətinin yasaqlanması barədə qərar qəbul edib. 

Son xəbərlər

Orphus sistemi