Yuxarı

​İŞİD terrorçuları 10 həkimi edam edib

Terrorçu qruplaşma cib telefonlarından istifadə edən Mosulun 5 sakininin barmaqlarını kəsib

Bakı. 10 aprel. REPORT.AZ/ İŞİD terrorçuları İraqın Mosul şəhərində 10 həkimi edam edib. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, həkimlər İŞİD-in yaralı silahlılarını müalicədən imtina etdikləri üçün "cəzalandırılıblar".

Ötən gün bu terrorçu qruplaşma cib telefonlarından istifadə edən Mosulun 5 sakininin barmaqlarını kəsib. Terrorçular elan edib ki, cib telefonlarından istifadə edən hər kəsə 30 şallaq vurulacaq.

Məlumata əsasən, İŞİD qruplaşması bu rabitə vasitəsilə yerli əhalinin şəhərdən kənara informasiya ötürəcəyindən qorxur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi