Bakı. 10 aprel. REPORT.AZ/ İŞİD terrorçuları İraqın Mosul şəhərində 10 həkimi edam edib. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, həkimlər İŞİD-in yaralı silahlılarını müalicədən imtina etdikləri üçün "cəzalandırılıblar".
Ötən gün bu terrorçu qruplaşma cib telefonlarından istifadə edən Mosulun 5 sakininin barmaqlarını kəsib. Terrorçular elan edib ki, cib telefonlarından istifadə edən hər kəsə 30 şallaq vurulacaq.
Məlumata əsasən, İŞİD qruplaşması bu rabitə vasitəsilə yerli əhalinin şəhərdən kənara informasiya ötürəcəyindən qorxur.