İraqın şimalındakı kürd muxtariyyətinin Türkiyədə nümayəndəliyi açılacaq

İraqın şimalındakı kürd muxtariyyətinin Türkiyədə nümayəndəliyi açılacaq Rəsmi Ankara muxtariyyətin bu istəyini müsbət qarşılayıb
Region
28 Noyabr , 2016 17:46
İraqın şimalındakı kürd muxtariyyətinin Türkiyədə nümayəndəliyi açılacaq

Bakı. 28 noyabr. REPORT.AZ/ İraqın şimalında yaradılan Kürd Muxtariyyətinin Türkiyədə nümayəndəliyi açılacaq.

“Report” "Habertürk"ə istinadən xəbər verir ki, bu məsələ muxtariyyət hökumətinin başçısı Neçirvan Barzaninin Ankaraya səfəri zamanı müzakirə olunub.

N.Barzani Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Baş nazir Binəli Yıldırımla görüşüb. Rəsmi Ankara muxtariyyətin bu istəyini müsbət qarşılayıb. Belə ki, 2017-ci ilin əvvəlində İraq səfirliyinin himayəsi altında Türkiyədə muxtariyyətin nümayəndəliyi açılacaq.

Qeyd edək ki, İraqın şimalında yaradılan Kürd Muxtariyyətinin ABŞ və Rusiya da daxil olmaqla 14 ölkədə nümayəndəliyi fəaliyyət göstərir. İraqın şimalında yaradılan bu hökumətin lideri Məsud Barzaninin rəhbərlik etdiyi Kürdüstan Demokratik Partiyasının Ankara nümayəndəliyi isə 1996-cı ildə açılıb. 

Son xəbərlər

Orphus sistemi