Yuxarı
    Bağlamaq

    ​İraq və İran 45 milyon dollara dəmir yolu inşa edəcək

    Layihə İraqın Azərbaycanla əlaqə yaratmasına da imkan verəcək

    Bakı. 14 aprel. REPORT.AZ/ İraq və İran iki ölkə arasında dəyəri 45 milyon dollar olan dəmir yolu xəttinin çəkilməsi layihəsini nəzərdən keçirir.

    "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə bazar ertəsi İraqın nəqliyyat naziri Bəkir Cabir əz-Zцbeydi Bəsrədə iranlı həmkarı ilə görüşdən sonra məlumat verib.

    "Biz Bəsrə əyalətinin cənub-şərqini İran ilə bağlayacaq 32 kilometrlik dəmir yolu xəttinin çəkilməsi və Bəsrədə Sindbad adasından Şatt-əl-Ərəb çayının sahilinədək 700 metr uzunluğunda körpünün inşası barədə razılıq əldə etdik", - deyə "Əsvat əl-İraq" xəbər portalı Əz-Zübeydinin sözlərini sitat gətirib.

    Onun sözlərinə görə, bu layihə İraqın digər ölkələrlə, o cümlədən Çin və Azərbaycanla əlaqə qurmasına imkan yaradacaq.

    Ehtimal edilir ki, layihə 20 aya həyata keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi