Yuxarı

​İraq İrana 68 hərbçinin cəsədini təhvil verib

Cəsədlər İranın Əhvaz bölgəsində dəfn ediləcək

Bakı. 22 fevral. REPORT.AZ/ Bağdad hakimyyəti İran-İraq müharibəsində həlak olmuş hərbçilərin 68-nin cəsədini İslam Respublikasına təhvil verib.

"Report" xəbər verir ki, bu haqda İran telekanalı məlumat yayıb.

Həmin 68 iranlı əsgər 1980-1988-ci illərdə iki ölkə arasında gedən savaş zamanı İraqın Fao yarımadasının əz-Zubeyd və Ümm-ər-Rasas rayonlarında həlak olublar.

Cəsədlər İranın Əhvaz bölgəsində dəfn ediləcək.

Qeyd edək ki, 1988-ci il avqustun 20-də İranla İraq arasında atəşkəsə dair müqavilə imzalanıb. Müharibə nəticəsində hər iki tərəfdən 3 milyondan çox insanın həlak olduğu haqda məlumatlar yayılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi