Yuxarı
    Bağlamaq

    ​İranlı nazir terrorçu PKK-nın düşərgəsinin yerləşdiyi dağa qalxıb

    Əbdülrza Rəhmani-Fəzli Kandildə çəkdirdiyi fotoları paylaşıb

    Bakı. 25 avqust. REPORT.AZ/ İranın daxili işlər naziri Əbdülrza Rəhmani-Fəzli hərbi forma geyərək, İran-İraq sərhədində yerləşən Kandil dağına çıxıb.

    "Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb. 

    İranın şimal-qərbinə, Qərbi Azərbaycan əyalətinə gedən nazir hərbi forma geyərək, 3 min metrlik yüksəklikdə çəkdirdiyi fotoları "İnstagram" səhifəsində paylaşıb.

    Fotodakı mülki geyimli isə mərkəzi Urmiya şəhəri olan Qərbi Azərbaycan əyalətinin valisidir.

    Qeyd edək ki, terrorçu PKK-nın təlim düşərgəsi və sığınacaq yerlərindən biri Kandil dağında yerləşir. Rəsmi mənbələr Türkiyəyə qarşı fəaliyyət göstərən 3 minə yaxın terrorçunun İraqda, o cümlədən Kandildə gizləndiyini açıqlayıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi