Yuxarı
    Bağlamaq

    ​Nazir: "S-300"ün İrana göndərilməsi ilə bağlı məsələ həll edilib"

    Hüseyn Dehqan: İndi raketlərin tədarükünün tarixi müzakirə olunur

    Bakı. 16 aprel. REPORT.AZ/ "Rusiyanın "S-300" zenit-raket qurğularının İrana tədarükü məsələsi həll olunub".

    "Report" TASS-a istinadən xəbər verir ki, bunu Moskvada səfərdə olan İranın müdafiə naziri Hüseyn Dehqan bildirib.

    Müdafiə naziri qeyd edib ki, artıq məsələ həll edilib: "Müqavilə var. İndi raketlərin tədarükünün tarixi müzakirə olunur".

    Qeydə edək ki, aprelin 13-də Rusiya prezindeti Vladimir Putin İrana "S-300" raketlərinin tədarükünə dair sərəncam imzalayıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi