Yuxarı

​İranın xarici işlər naziri Moskvaya səfər etmək niyyətindədir

Səfərin dəqiq tarixi hələ məlum deyil

Bakı. 7 avqust. REPORT.AZ/ İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Moskvaya səfər edəcək, lakin səfərin dəqiq tarixi hələ məlum deyil.

"Report" xəbər verir ki, bu barədə İran İslam Respublikasının Rusiya Federasiyasındakı səfirliyindəki mənbə RİA "Novosti"yə məlumat verib.

"Səfər baş tutacaq, lakin onun vaxtı hələ məlum deyil", - agentliyin nümayəndəsi deyib.

Bir qədər əvvəl, Rusiya prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov Tehrana səfəri zamanı bildirmişdi ki, Moskvada Zərifin səfərini gözləyirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi