Yuxarı
    Bağlamaq

    ​İran səfiri: "Məşhəd-Bakı uçuş reysinin açılması ilə bağlı danışıqlar davam edir"

    İki ölkə arasında illik ticarət dövriyyəsi 500 milyon dollar olub

    Bakı. 15 iyun. REPORT.AZ/ "Hər həftə Tehran və Bakı arasında 8 uçuş həyata keçirilir. Məşhəd-Bakı uçuş reysi açılarsa, bu imkandan Azərbaycandan İmam Rzanın məqbərəsini ziyarət etmək istəyənlərlə yanaşı, İran və Azərbaycan Respublikasının iş adamları da yararlana bilərlər".

    "Report" xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pakayin Tehranda keçirilən İranın İraq, Azərbaycan Respublikası və Türkmənistanla praktiki ticarət konfransında bildirib.

    Onun sözlərinə görə, Məşhəd-Bakı uçuş reysinin açılması istiqamətində müzakirələr davam edir.

    Səfir onu da bildirib ki, iki ölkə arasında illik ticarət dövriyyəsi 500 milyon dollar olub: "Turizm və xırda ticarət daxil olmaqla İran və Azərbaycan Respublikası arasında ticarət dövriyyəsinin dəyəri ildə bir milyard dollardan çox ola bilər". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi