Yuxarı

​İran Nazirlər Kabinetində kadr dəyişikliyi ediləcək

Onların arasında prezident Həsən Ruhaninin müavinin də adı var

Bakı. 16 may. REPORT.AZ/ İranda dörd nazirin, prezident Həsən Ruhaninin bir müavinin, prezidentin baş müşaviri və daha bir dövlət qurumunun başçısının dəyişdiriləcəyi gözlənilir.

"Report" xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.

Ölkənin keçmiş prezidenti Əliəkbər Haşimi Rəfsəncaniyə yaxınlığı ilə tanınan "Arman" qəzeti yazıb ki, tutduqları vəzifədən uzaqlaşdırılacaq məmurların arasında ən çox bunların adları hallanır: prezidentin müavini Məhəmməd Şəriətmədari, əmək və sosial işlər naziri Əli Rabii, sənaye, dağ-mədən və ticarət naziri Məhəmmədrza Nemətzadə, gənclər və idman naziri Mahmud Gudərzi, milli təhsil naziri Əliəsgər Fani və Pensiya Fondunun sədri Mahmud İslamian. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi