Yuxarı
    Bağlamaq

    İranın müdafiə naziri: "Rusiyadan "S-400" almağı planlaşdırmırıq"

    Hüseyn Dehqan: S-300ün qalan hissələrinin növbəti aylarda gətiriləcəyinə ümid edirəm

    Bakı. 20 avqust. REPORT.AZ/ "İran Rusiyadan "S-400" zenit-raket kompleksi almağı planlaşdırmır".

    "Report" "Təsnim" agentliyinə istinadən xəbər verir ki, bunu İranın müdafiə naziri Hüseyn Dehqan bildirib.

    Onun sözlərinə görə, Rusiya tərəfi İrana "S-400" almağı təklif edib: "Ancaq onu əldə etməyi planlaşdırmırıq".

    Nazir həmçinin deyib ki, Rusiyadan aldıqları "S-300" zenit-raket kompleksinin əsas hissələri İrana gətirilib: "Kompleksin qalan hissələrinin növbəti aylarda tədarük olunacağına ümid edirəm".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi