İranın müdafiə naziri: "Rusiyadan "S-400" almağı planlaşdırmırıq"

İranın müdafiə naziri: "Rusiyadan "S-400" almağı planlaşdırmırıq" Hüseyn Dehqan: "S-300"ün qalan hissələrinin növbəti aylarda gətiriləcəyinə ümid edirəm"
Region
20 Avqust , 2016 11:37
İranın müdafiə naziri: Rusiyadan S-400 almağı planlaşdırmırıq

Bakı. 20 avqust. REPORT.AZ/ "İran Rusiyadan "S-400" zenit-raket kompleksi almağı planlaşdırmır".

"Report" "Təsnim" agentliyinə istinadən xəbər verir ki, bunu İranın müdafiə naziri Hüseyn Dehqan bildirib.

Onun sözlərinə görə, Rusiya tərəfi İrana "S-400" almağı təklif edib: "Ancaq onu əldə etməyi planlaşdırmırıq".

Nazir həmçinin deyib ki, Rusiyadan aldıqları "S-300" zenit-raket kompleksinin əsas hissələri İrana gətirilib: "Kompleksin qalan hissələrinin növbəti aylarda tədarük olunacağına ümid edirəm".

Son xəbərlər

Orphus sistemi