​İranın keçmiş prezidentinin oğlu həbsxanaya aparılıb

​İranın keçmiş prezidentinin oğlu həbsxanaya aparılıb O, cəzasını Tehrandakı "Evin" həbsxanasında çəkəcək
Region
10 Avqust , 2015 10:28
​İranın keçmiş prezidentinin oğlu həbsxanaya aparılıb

Bakı. 10 avqust . REPORT.AZ/ İranın keçmiş prezidenti ƏIiəkbər Haşimi-Rəfsəncaninin oğlu Mehdi Haşimi cəzasını çəkmək üçün Tehrandakı məşhur "Evin" həbsxanasına aparılıb.

"Report" xəbər verir ki, bu haqda xarici KİV məlumat yayıb.

Qeyd edək ki, o, 2002 və 2003-cü illərdə “Cənubi Fars Qaz Şirkəti”nin tenderini udmaq üçün Norveçin "Statoil" neft şirkətindən 5,2 milyon dollar rüşvət almaqda ittiham olunur.

Şirkət 10 il müddətində Haşimiyə 15,2 milyon dollar pul ödədiyini bildirmişdi.

Xatırladaq ki, İran neft şirkətində yüksək vəzifə tutmuş Mehdi Haşimi 10 il müddətinə azadlıqdan məhrum edilib. 

Son xəbərlər

Orphus sistemi