Yuxarı

​İranın Dini Ekspertlər Şurasına yeni sədr seçilib

Bu posta Əliəkbər Haşimi Rəfsəncaninin də namizədliyi irəli sürülmüşdü

Bakı. 10 mart. REPORT.AZ/ Ayətullah Məhəmməd Yəzdi İran Dini Ekspertlər Şurasının (Məclis-e Xubreqan) yeni sədri seçilib.

"Report" İran KİV-inə istinadən xəbər verir ki, martın 10-da şuranın 17-ci iclası keçirilib.

Sədr postuna iki nəfərin - Məhəmməd Yəzdi və İranın keçmiş prezidenti Əliəkbər Haşimi Rəfsəncaninin namizədlikləri irəli sürülüb. Səsvermədə şuranın 73 üzvü iştirak edib. Onların 47-si ayətullah Məhəmməd Yəzdinin lehinə səs verib.

M.Yəzdi Qum Elmi Mərkəzi Müəllimlər Cəmiyyətinin sədri və şura sədrinin müavini vəzifələrində çalışıb. O, 1931-ci ildə andan olub.

Xatırladaq ki, Dini Ekspertlər Şurası İranın ali rəhbərini (indi bu vəzifəni ayətullah Seyid Əli Xamneyi tutur) seçir. Şuranın 86 üzvü ümumxalq səsverməsi yolu ilə seçilir. Məhəmməd Yəzdidən öncə mərhum ayətullah Məhəmmədrza Məhdəvi Kəni şuranın sədri olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi