Yuxarı

​İranın atom problemi bu ayın sonunda yenə müzakirə ediləcək

Görüşün dəqiq günü və keçiriləcəyi yer hələ müəyyənləşdirilməyib

Bakı.23 fevral. REPORT.AZ/ İranın atom-nüvə problemi üzrə yeni danışıqlar fevralın sonunda keçiriləcək.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu müzakirələrdə iştirak edən Çin nümayəndə heyətinin təmsilçisi Van Tsyun bildirib.

"Tərəflər təmsilçilər səviyyəsində danışıqları fevralın sonunda davam etirdiməklə bağlı razılığa gəlib. Danışıqların dəqiq günü və keçiriləcəyi yer hələ müəyyənləşdirilməyib", - o, vurğulayıb.

Xatırladaq ki, "altılıq" (ABŞ, Almaniya, Britaniya, Fransa, Rusiya və Çin) dövlətləri bu istiqamətdə Tehranla müzakirələr aparır, İranın nüvə porbleminə dair əhatəli razılaşmaya gəlmək üçün bir ilə yaxındır cəhdlər edirlər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi