​İranın atom problemi bu ayın sonunda yenə müzakirə ediləcək

​İranın atom problemi bu ayın sonunda yenə müzakirə ediləcək Görüşün dəqiq günü və keçiriləcəyi yer hələ müəyyənləşdirilməyib
Region
23 Fevral , 2015 11:09
​İranın atom problemi bu ayın sonunda yenə müzakirə ediləcək

Bakı.23 fevral. REPORT.AZ/ İranın atom-nüvə problemi üzrə yeni danışıqlar fevralın sonunda keçiriləcək.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu müzakirələrdə iştirak edən Çin nümayəndə heyətinin təmsilçisi Van Tsyun bildirib.

"Tərəflər təmsilçilər səviyyəsində danışıqları fevralın sonunda davam etirdiməklə bağlı razılığa gəlib. Danışıqların dəqiq günü və keçiriləcəyi yer hələ müəyyənləşdirilməyib", - o, vurğulayıb.

Xatırladaq ki, "altılıq" (ABŞ, Almaniya, Britaniya, Fransa, Rusiya və Çin) dövlətləri bu istiqamətdə Tehranla müzakirələr aparır, İranın nüvə porbleminə dair əhatəli razılaşmaya gəlmək üçün bir ilə yaxındır cəhdlər edirlər. 

Son xəbərlər

Orphus sistemi