İranda yenidən 4 dəfə zəlzələ olub

İranda yenidən 4 dəfə zəlzələ olub Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur
Region
11 Yanvar , 2018 12:58
İranda yenidən 4 dəfə zəlzələ olub

Bakı. 11 yanvar. REPORT.AZ/ Yanvarın 11-də İran ərazisində 4,9 - 5,4 bal gücündə yeraltı təkanlar qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə ABŞ Geologiya Xidmətinin saytında məlumat verilib.

Biri Mehran, ikisi Mandali (İranla sərhəd İraq ərazisi), biri Kərmanşah vilayətində olmaqla ümumilikdə 4 zəlzələ ocağı qeydə alınıb.

Ən güclü zəlzələ 5,4 bal gücündə Mehran vilayətində olub, zəlzələnin episentri 10 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə heç bir məlumat yoxdur.

Son xəbərlər

Orphus sistemi