İranda terrorçularla atışmada 3 hərbçi həlak olub

İranda terrorçularla atışmada 3 hərbçi həlak olub Əməliyyat nəticəsində bir neçə terrorçu məhv edilib, 3-ü yaralanıb
Region
4 Yanvar , 2018 16:48
İranda terrorçularla atışmada 3 hərbçi həlak olub
AFP 2017 / Shwan Mohammed

Bakı. 4 yanvar. REPORT.AZ/ İranın Qərbi Azərbaycan əyalətinin Piranşəhr şəhərində terrorçularla atışmada 3 hərbçi həlak olub.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, məlumatı ölkənin ETTELAAT İdarəsi yayıb. 

Bildirilib ki, terrorçular hərbçilərlə atışarkən, yerli dinc sakinlərdən qalxan kimi istifadə ediblər.

Məlumata görə, əməliyyat nəticəsində bir neçə terrorçu məhv edilib, 3-ü yaralanıb. Terrorçulara məxsus çoxlu sayda silah-sursat, hərbi avadanlıq, informasiya vəsaiti aşkarlanaraq götürülüb.

Son xəbərlər

Orphus sistemi