​İranda sel 10 nəfəri aparıb

​İranda sel 10 nəfəri aparıb Hakimiyyət ölkənin 10 əyalətində çayların səviyyəsinin artacağı ilə bağlı xəbərdarlıq etmişdi
Region
19 Sentyabr , 2015 12:28
​İranda sel 10 nəfəri aparıb

Bakı. 19 sentyabr. REPORT.AZ/ İranda daşqın nəticəsində azı on nəfər ölüb. "Report" xəbər verir ki, bu haqda "France Press" məlumat yayıb.

Məlumata görə, 6 nəfər Tehrandan 25 km cənub-şərqdə yerləşən Pakdəşt şəhərində, ikisi uşaq olmaqla,  4 nəfər isə Hürmüzqan əyalətində həyatını itirib.

Qeyd edək ki, bir müddət öncə hakimiyyət ölkənin 10 əyalətində çayların səviyyəsinin artacağı ilə bağlı xəbərdarlıq etmişdi. 

Son xəbərlər

Orphus sistemi